"Yaşıl Çağırışlar - 2024" adlı tədbir keçirilmişdir
9 dekabr 2024-cü il tarixində “Yaşıl dünya naminə Həmrəylik ili” çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Xaçmaz rayon təhsil sektorunun təşkilatçılığı ilə "Yaşıl Çağırışlar - 2024" adlı tədbir keçirilmişdir.
Tədbir Xudat şəhərindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutub və Rayon İcra Hakimiyyəti nümayəndələri, təhsil işçiləri, idarə rəhbərləri, şəhid ailələri, qazilər və məktəblilərin iştirakı ilə təşkil olunmuşdur.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirin açılışında Dövlət Himni səsləndirilib, Ulu Öndər və şəhidlərimiz bir dəqiqəlik sükutla anılıb.
Məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi nümayiş etdirilib, rəngarəng musiqi nömrələri təqdim olunub, ətraf mühitin mühafizəsinə dair maarifləndirici videoçarx nümayiş etdirilib və iştirakçılara bukletlər paylanıb. Tədbir məktəblilərin tullantılardan hazırlanmış geyim nümunələrinin nümayişi ilə yekunlaşıb.
#MÜTDA #EduAz #QubaXaçmazRTİ ##yaşıldünyanaminə





Yeni Şərh